Nigar Rzayeva

"Birlik bütün zamanlarda və xalqlarda çiçəklənmənin baş mühərriki rolunu oynamışdır. Hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, gözəllik yaratmaq üçün hətta iki insanın birləşməsi çox qüdrətli yaradıcı qüv­vədir. Böyük ideyalar gerçək rəssamları birləşdirərək onla­rı silahdaşa çevirir. Gerçək yaradıcı insanlar öz indivi­du­allıqlarını qoruyaraq, bir həyat və yaradıcılıq coş­qun­lu­ğuyla yaradıcılıqla məşğul olurlar.

Mənə elə gəlir ki, mərkəzində insan və onun ruhi baş­lanğıcı dayanan istənilən, hətta ən kiçik ideya, böyük sa­yıla bilər. Axı tarix dəfələrlə sübut edib ki, ancaq belə bir­liklər və ümumi əmək yaradıcılığın qlobal proseslərini çöz­mək, xalqın mədəni inkişafına və bununla da bütün cə­miyyətin çiçəklənməsinə nail olmağa gətirib çıxarır.

Yaradıcı gənclərin dəstəklənməsi, onlara öz istedad­larını göstərmək üçün imkanın yaradılması, şübhəsiz ki, nə­­cib işdir. İnsanlara, hər birimizin başqasına yardım edə­rək, onu birlikdə yaşayıb-yaratmağa ilhamlandırmağın heç də daha az önəm daşımadığını da aşılamaq vacibdir. Əgər insanlar ideya və ruh baxımından bir-birinə yaxındırsa və onların niyyəti işıqlı və böyükdürsə, bu artıq qələbə de­məkdir. Həyat və gözəllik qanununun daha bir qələbəsi.

Özünün və gerçəkliyin axtarışı, öz daxili aləminin açılışı, gözəlliyin yaradılması – yaradıcılığın başlanma nöq­­təsi və işəsalma mühərriki məhz budur. Sözsüz ki, hər kəs özünün qavrayış və açılış yolunu keçir və elə bir an yetişir ki, insan bilikləri toplayıb ruhən zənginləşərək, öz yaradıcı enerjisi üçün çıxış tapmaq tələbatı duyur. Həm­fikirlərin birləşməsi və bərabər yaradıcı layihələr nəhəng bir enerji mənbəyinə çevrilərək, onlara öz potensiallarını gerçəkləşdirməyə yardım edir”.

Vüsalə Ağaraziyeva

"Yaradan" birliyini yaratmaq ideyası "Yaradan uşaqlar" layihəsi ilə birlikdə gəldi. Bundan əvvəl "Yaradan" layihəsi çərçivəsində "Yaradan" mövzusunda əsərlərini təqdim edən müxtəlif yaradıcı peşə sahibləri ətrafında birləşən sərgimin adı idi. Sərgi 2017-ci ilin dekabr ayında İçərişəhərdə Qasım bəy hamamında (XVII əsr) keçirilmişdir.

"Yaradan" ətrafında beş nəfər birləşib – rəssam, bəstəkar, fotoqraf, videoqraf, yazıçı. Bütün iştirakçılar bir ideya və mövzu ətrafında yaradırlar: mən, rəssam kimi, "Həyat ağacı" və ya "Dünya ağacı" instalyasiyalarını yaradırdım; videoqraf Elçin Quliyev hər iştirakçının fərdiliyi və yaradıcılıq birliyi haqda qısametrajlı film üzərində çalışdı; fotoqraf Leyli Ələkbərova iştirakçıların daxili aləmini və foqorafın öz nöqteyi-nəzərini çatdıran fotoşəkillər çəkdi; bəstəkar Anar Yusufov "Yaradan" ideyasından ilhamlanıb eyniadlı film üçün musiqi yazmışdır. Ədəbi hissə ilə Nigar Rzayeva məşğul idi, o, "Yaradan" haqda öz versiyasını açıqladı.

"Yaradan" yaradıcılıq birliyinin ilk layihəsi 2018-ci ilin yanvarında fəaliyyətə başlayan "Yaradan uşaqlar" adlı xeyriyyə layihəsidir. Eyni zamanda "Yaradan" və "Yaradan uşaqlar" layihələrinin tərkibi formalaşdırılmışdır. "Yaradan" rəmzini qədim türk şamanlarının rəmzi olan "Həyat ağacı" olmasına qərar verildi. "Həyat ağacı" Yer kürəsinin mərkəzindən və dünyadan kənar Qütb ulduzunadək əlaqə yaradır və həmin əlaqə öz şahələri sayəsində şamanlara Yerdən yüksək təbəqəyə keçməyə imkan verir.

Beləliklə, "Yaradan" yaradıcılıq birliyi incəsənət sahəsində çalışan və digər müxtəlif peşə nümayəndələrini birləşdirən ictimai qeyri-kommersiya təşkilatıdır. Birlik sosial, xeyriyyə, mədəni, təhsil məqsədlərinə nail olmaq, uşaqlar və böyüklər üçün incəsənət, təhsil və mədəniyyət proqramları ilə əlaqəli istənilən layihələrin icrasına və yaradıcı insanlara və layihələrinin təşviqinə dəstək və həyata keçirilməsi üçün yaradılmışdır.

Reallaşdırdığımız və gələcəkdə həyata keçirəcəyimiz hər bir layihənin əsasında insan, onun mənəvi tərbiyəsi və yaradıcı inkişafı durur"

Subscribe