Züleyxa Abdullayevadan musiqi terapiyası

Uzun illər ərzində Türkiyədə yaşayan və işləyən həmyerlimiz, musiqiçi və musiqi terapiyası üzrə mütəxəssis qürur duyduğumuz Züleyxa Abdullayevaya öz minnətdarlığımızı bildiririk.Metodun mahiyyəti belədir - insan bədəninin titrəmələri və,vibrasiyalarının hiss edilməsi əsasında fərdi musiqi yaranır.Beləliklə,seans zamanı Züleyxa xanım fortepianoda hər kəsə özünə məxsus olan musiqini ifadə edərək iştirakçılar ilə gözə görünməyən bir əlaqə yaradır.

Züleyxa Abdullayeva Azərbaycan Dövlət Konservatoriyasında (hal-hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) təhsil almışdır (1981-1986).Təhsilini aldığı dövrdə musiqi terapiyasına və musiqi vibrasiyalarının ənənəvi mənşəyinin öyrənilməsinə maraq göstərmişdir.Bu tədqiqatlar onu mənəvi artıma gətirdilər.Türkiyəyə köçdükdən sonra da, musiqinin insan bədəninə təsirini araşdırmağa davam etdi.

Subscribe