«Yaradan uşaqlar» layihəsinin «Mən həyatda olmayanda» adlı kitabının təqdimatı

12 fevral 2019-cu il tarixdə “YARADAN” Yaradıcılıq Birliyi Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Yaradan uşaqlar” layihəsi çərçivəsində ərsəyə gəlmiş “Mən həyatda olmayanda” adlı kitabın təqdimatını keçirdi.

“Özümüzlə yaxından tanış olmaq üçün bir daha imkan və həyat haqda çox düşünmədən yalnız yaşamaq, yaşamaq və yenə də yaşamaq”.

Uşaqlar tədbirə gələn qonaqlarla fərqli ünsiyyət quraraq, onlarla öz hiss və emosiyalarını interaktiv şəkildə və rəqs performansı ilə nümayiş etdilər. Yaradan uşaqların səmimi sualları, inam və azad nəfəsləri özəl ab-hava yaradaraq əsl mənada qəlblərə toxundu.

«Yaradan uşaqlar» layihəsinin «Mən həyatda olmayanda» adlı kitabının təqdimatı

Subscribe